İİR Ordusunun PUA qüdrətinin meydana çıxması
https://azeri.sahartv.ir/news/İran-i373979-İİr_ordusunun_pua_qüdrətinin_meydana_çıxması
İran İslam Respublikası Ordusunun baş komandanı deyib ki, maksimum sanksiya təzyiqi altında ordunun PUA qüdrəti meydana çıxıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 04, 2021 06:18 Asia/Baku
  • İİR Ordusunun PUA qüdrətinin meydana çıxması

İran İslam Respublikası Ordusunun baş komandanı deyib ki, maksimum sanksiya təzyiqi altında ordunun PUA qüdrəti meydana çıxıb.

SəhərAzəri xəbər verir, general-mayor Seyyed Əbdorrəhim Mousəvi çərşənbə günü bildirib ki, İran İslam Respublikası Ordusu məxaric cəhətdən bütün dünya orduları arasında ən azxərcli ordudur.

O, sonra deyib: Düşmənin maksimum təzyiqi və olduqca sərt sanksiya şəraitində ordunun PUA qüdrəti üzə çıxaraq, özünü göstərdi.

İran İslam Respublikası Ordusunun baş komandanı deyib: «Məkran limanı» gəmisi, yerli «Kosər» qırıcısı, həmçinin quru döyüşü sahəsi üzrə təchizatlar, eləcə də hava hücumundan müdafiə və radar sistemləri- bütün bunların hamısı elə bu çətin günlərdə və sanksiyalar təzyiqində əldə olunubdur.