Mart 04, 2021 20:02 Asia/Baku
  • Ərəb liqasının üçlü İran adaları barədəki təkrar iddiaları

Ərəb liqası şurasına üzv ərəb ölkələrinin xarici işlər nazirləri Qahirədə keçirdikləri iclasda üçlü İran adaları barədəki iddialarını təkrar ediblər.

SəhərAzəri xəbər verir, Ərəb liqası şurasına üzv ərəb ölkələrinin xarici işlər nazirləri dünən bu şuranın Qahirədə keçirilən 155-ci iclasında İranın Fars Körfəzində yerləşən Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adaları barədəki iddialarını təkrar edərək, əmirliklərin bu adalar üzərində hakimiyyətini iddia ediblər.

Belə bir halda, İran İslam Respublikası dəfələrlə Fars Körfəzində yerləşən üçlü İran adaları barədə/ aradan götürülmüş iddianın təkrar edilməsini bir daha rədd edərək vurğulayıbdır ki, Fars Körfəzində yerləşən Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adaları İran adaları olub və İran adaları olaraq qalacaq və bu barədə iddia və yalanın təkrar edilməsi tarixi gerçəkliyi dəyişməyəcəkdir.

Son zamanlar İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə də əmirliklərin xarici işlər naziri Şeyx Abdullah bin Zaidin BMT Baş Assambleyasındakı iddiasına cavab olaraq, vurğuladı ki, İranın/ İran adaları olan Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adaları üzərindəki suverenliyi qətidir və tərəddüdedilməzdir və əsassız iddiaların təkrar edilməsinin İranın suverenliyinə təsiri olmayıb, olmayacaq və bu iddiaların heç bir qanuni və hüquqi dəyəri yoxdur.

Əmirliklkərin bu iranlı adalar barədəki iddiası elə bir halda irəli sürülr ki, BMT sənədlərinə əsasən, qeyd olunan üçlü ada, İran İslam Respublikasının ayrılmaz hissəsidir.

Teqlər