İstanbul-Tehran-İslamabad yük qatarının hərəkəti başlanıb
İran İslam Respublikasının Türkiyədəki səfirliyinin iqtisadi attaşesi İstanbul-Tehran-İslamabad yük qatarının hərəkətinin başlanmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Mohsen Seyfi deyib ki, Türkiyə-İran-Pakistan dəhlizinin yük qatarının hərəkəti cümə axşamı günü İstanbuldan başlanıb.
Seyfi Türkiyə, İran və Pakistan arasında EKO dəmiryolu xəttinin işə salınmasının üç ölkə üçün olan iqtisadi xeyri və önəminə işarə edərək, söyləyib: Bu dəhlizin yük qatarı gediş-gəliş istiqamətində min beş yüz ton yük daşımaqla üç ölkə arasındakı ticarət mübadilələri həcmini əlli faiz artıra bilər.
Türkiyə-İran-Pakistan dəhlizi yükün İran vasitəsilə Çindən Avropaya köçürülməsi üçün yeni ipək yolu marşrutunu bərqərar edə bilər.
Bu koridorun yük qatarlarının hərəkəti 2009-cu ildən dayandırılmışdı.