İran neft bazarında sabitliyi himayə edir
İran İslam Respublikasının neft naziri vurğulayıb ki, İran neft bazarında sabitliyi himayə edir.
SəhərAzəri xəbər verir, Bijən Namdar Zəngənə «Opek Plyus»un 14-cü iclasından sonra aprel ayı üçün «Opek Plyus»un istehsalının azaldılması barədəki razılaşmanın uzadılmasına işarə ilə deyib ki, neft bazarı hazırkı şəraitdə səbatlıdır.
Zəngənə sonra deyib: Alınmış əsas qərar bu olubdur ki, Rusiya və Qazaxıstanın hasilatına 150 min barrel əlavə olunsun və digər neft istehsal edən ölkələr öz hasilatlarını təsbit etsinlər.
Zəngənənin sözlərinə görə, 2021-ci il aprelin birində neft bazarını araşdırmaq üçün «Opek Plyus»un növbəti iclası keçiriləcək.
Neft istehsal edən ölkələr birliyi- OPEK-ə üzv və qeyri-üzv istehsalçılar qurumu- «Opek Plyus»a daxil olan 23 istehsalçı dünən bu koalisiyanın neft və energetika nazirlərinin videoformatda keçirilən 14-cü iclasında fevral və mart aylarında olduğu kimi aprel ayında da Rusiya və Qazaxıstanı hasilatın artırılmasının dayandırılmasından müstəsna etməklə razılaşıbdır.