Rusiya ABŞ qanunvericilərinin nüvə anlaşması ilə bağlı məktubuna münasibət bildirib
https://azeri.sahartv.ir/news/İran-i374242-rusiya_abŞ_qanunvericilərinin_nüvə_anlaşması_ilə_bağlı_məktubuna_münasibət_bildirib
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi ABŞ konqresmenlərinin İranla nüvə anlaşmasından kənar bir razılaşmanın əldə edilməsi ilə bağlı məktubuna münasibət bildirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 11, 2021 05:58 Asia/Baku
  • Rusiya ABŞ qanunvericilərinin nüvə anlaşması ilə bağlı məktubuna münasibət bildirib

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi ABŞ konqresmenlərinin İranla nüvə anlaşmasından kənar bir razılaşmanın əldə edilməsi ilə bağlı məktubuna münasibət bildirib.

SəhərAzəri xəbər verir, Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Tvitter hesabında paylaşdığı mesajda ABŞ Konqresinin 140 nümayəndəsinin Co Bayden administrasiyasından İranla nüvə anlaşmasından daha üstün bir razılaşmanın əldə edilməsini tələb etmələrini həqiqətdən uzaq adlandırıb.

Məlumata əsasən, ABŞ Konqresmenləri bu məktubda İranla bağlı iki partiyalı bir konsensusa gəlməyi və nüvə məsələlərindən başqa Tehranla olan digər mübahisələri də əhatə edəcək hərtərəfli bir razılaşma əldə etməyi qarşıya məqsəd qoymağa çağırıblar.