Mart 12, 2021 09:49 Asia/Baku
  • İranın iştirakı ilə BMT Nizamnaməsini müdafiə koalisiyasının mövcudluğu elan olunub

BMT-yə üzv olan on yeddi ölkə "BMT Nizamnaməsinin müdafiəsi üzrə dostlar qrupu" adlı koalisiya yaradıb.

SəhərAzəri xəbər verir ki, koalisiyanın məqsədi, BMT Nizamnaməsinin yüksəlişi və birtərəfli hərbi hərəkətlərlə mübarizədir.

Bu ölkələr bir sənəddə bildiriblər ki, multilateralizm, beynəlxalq sülh və sabitliyi hədələyən misli görünməmiş bir hücumla üzləşibdir.

İrandan əlavə, bir sıra ölkələr, o sıradan Çin, Şimali Koreya, Əlcəzair, Belarus, Boliviya, Kamboca, Kuba, Suriya və Venesuela bu sənədi imzalayaraq, "BMT Nizamnaməsinin müdafiəsi üzrə dostlar qrupu" adlı koalisiya yaradıblar.

Bu sənədin digər hissəsində deyilir: Dünya, unilateralizmə, artmaqda olan söykənmənin şahididir ki, onun bariz nümunələri,/ özbaşına və təcridedici hərəkətlər, o sıradan birtərəfli sərt tədbirlər və ya mühüm və multilateralist orqanlardan çıxış və beynəlxalq və müştərək səylərlə mübarizə məqsədilə həyati səyləri zəiflətmək üzrə cəhdlərdir.

Amerika prezidenti Co Baydenin hökuməti iddia edibdir ki, multilateralizmi gücləndirəcək. Belə bir halda, bu ölkənin keçmiş prezidenti Donald Trampın hökuməti nüvə anlaşması, Paris iqlim sazişi, BMT-nin İnsan Hüquqları Şurası və YUNESKO da daxil olmaqla mühüm müqavilə, saziş və orqanlardan çıxaraq, təkvektorluluqda öncül oldu.

Teqlər