Mart 12, 2021 20:59 Asia/Baku
  • Amerikanın sümüklərinin qırılmasının səsi vaxtında eşidiləcək

Sepah-ın Qüds qüvvələrinin komandanı deyib ki, Amerikanın sümüklərinin qırılmasının səsi vaxtında eşidiləcək.

SəhərAzəri xəbər verir ki, general pasdar Esmail Qaani müqəddəs Məşhəd şəhərində keçirilən «Şəhidlərin xatirəsi» mərasimində bildirib ki, Amerika, general-leytenant pasdar Qasem Soleymanini terror etməklə özünün cinayətkar olduğunu dünya xalqlarına sübut etdi.

O, sonra söyləyib: Şəhid Soleymani məktəbinin davamçıları Amerikanın sümüklərini qırıb tökəcəklər.

General Qaani yəmənlilərin təcavüzkarlar qarşısındakı müqavimətinə işarə ilə deyib: Bu döyüşçülər on gündən az bir müddətdə səud rejiminin mərkəzləri üzərində səkkiz uğurlu əməliyyat keçiriblər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı həmçinin deyib: Dünyanın bütün imkanlarının ixtiyarında olmasına rəğmən, sionist rejim amanda qalmaq üçün öz ətrafına eni bir, hündürlüyü ilə altı metr olan bir divar çəkməkdədir.

Teqlər