SEPAH-ın dəniz qoşunlarının yeni raket bazasının açılışı olub
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın dəniz qoşunlarının yeni raket bazasının açılışı və raket təchizatlarının bu qüvvələrin silahlanmasına verilməsi mərasimi SEPAH-ın baş komandanının iştirakı ilə keçirilib.
SəhərAzəri xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın dəniz qoşunlarının yeni raket bazasında çoxlu sayda müxtəlif mənzilli qanadlı və ballistik raket və raket sistemləri nümayiş etdirilib.
Elektron müharibə təchizatlarının SEPAH-ın dəniz qoşunlarının silahlanmasına verilməsi mərasimi də general-mayor Hüseyn Səlami və SEPAH-ın dəniz qoşunlarının komandiri admiral Əlirza Təngsirinin iştirakı ilə keçirilib.
Bu mərasimdə, xüsusi əməliyyat qabiliyyətlərinə və xüsusiyyətlərə malik raket sistemləri və təchizatları, o cümlədən dərinlikdən və passiv müdafiə məkanından dəqiq atəşaçma, müxtəlif mənzillərə mina atma, 360 dərəcə atəşaçma, hərəkətdə olarkən atəşaçma, elektron müharibə ilə qarşılaşma gücünə malik və uçuş məsafəsini və dağıdıcı gücü artıran sistem və təchizatlar, SEPAH-ın dəniz donanmasının döyüş təşkilatının arselanına daxil edilib.
Bu təchizat, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi, elm əsaslı şirkətlər və SEPAH-ın tədqiqat və dəniz qüvvələrinin özünü təmin etmə cihadı sektorlarındakı İranın bacarıqlı mütəxəssisləri tərəfindən layihələşdirib və istehsal edilib.