Mart 17, 2021 08:48 Asia/Baku
  • İmam Hüseyn(ə)-ın mövlud günü mübarək

Sabah, şəban ayının üçü, dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın mövludunun ildönümü günüdür.

SəhərAzəri xəbər verir ki, Şəban ayının üçü, İslam dini və Muhəmməd(s.ə.s.) şəriəti pasdarının səadətlə dolu mövludunun ildönümü günüdür ki, Kərbəla çölündə özünün misilsiz fədakarlığı ilə bütün dünya xalqlarına azadəlik və izzət dərsini keçdi. Bu böyük şəxsiyyət əziz İslam dini və Qurani-Kərimin müdafiəsi və mühafizəsi nümunəsi oldu.

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə.) İmam Hüseyn(ə)-ın mövludu gününü pasdar günü adlandırdı ki, dünya şiələrinin üçüncü imamının izzəti, azadəliyi və fərasəti həmişəlik olaraq, öz şiələri üçün bir həyat nümunəsi olmuş olsun.

İran İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah İran İslam Respublikası quruluşu və İran İslam İnqilabının qorunmasında təsirli hərbi bir qüvvə kimi daim İran tarixi üzərində parlayan böyük iftixarlardandır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Hüseyn(ə)-ın səadətli mövlud günü münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini təbrik edir.

Teqlər