Mart 17, 2021 21:57 Asia/Baku
  • Həzrət Əbülfəzl Abbasın (ə) mövludu mübarək olsun!

1442-ci hicri qəməri ili Şəban ayının 4-ü Həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür.

SəhərAzəri xəbər verir ki, İmam Əlinin(ə) övladlarından olan həzrət Abbas hicrətin 26-cı ilində, şaban ayının dördündə Mədinə şəhərində dünyaya göz açır. Onun məşhur ləqəbləri "Əbülfəzl, Qəməri Bəni Haşim, Kərbəla ələmdarı və Səqqa"dır. 

Abbasın anası Ümmül Bənin adlı bir qadın idi. Xanım Fatimənin(s) vəfat etməsindən sonra İmam Əli(ə) ilə ailə qurmuşdu. 

Həzrət Əbülfəzl Abbas(ə) Aşura qiyamının qəhrəmanlarındandır. O, bir fədakarlıq nümunəsi olaraq İmam Hüseyn(ə)-a olan eşq və məhəbbətini öz şəhadəti ilə ən gözəl formada nümayiş etdirdi. 

Əbülfəzl Abbasın(ə) doğum günü İran İslam Respublikası təqvimində "müharibə əlilləri günü" olaraq qeyd olunur. 

İran İslam Respublikası Teleradio Təşkilatı olaraq həzrət Əbülfəzl Abbasın(ə) mövlud günü münasibətiilə dünya müsəlmanlarını təbrik edirik. 

Teqlər