İran xalqının müqaviməti düşmənlərin məğlubiyyətinə səbəb oldu
İran İslam Respublikasının prezidenti 1400-cü il novruz müraciətində İran xalqının müqavimətinin düşmənlərin məğlubiyyətinə səbəb olduğunu bildirib.
SəhərAzəri xəbər verir ki, Həsən Ruhani 1400-cü günəş ilinin başlanması münasibətilə etdiyi novruz müraciətində yeni ili təbrik edərək, İran xalqına qarşı icbar edilmiş qəddarcasına və zalımcasına iqtisadi savaşa toxunaraq, deyib: İran xalqı elə bir halda koronavirusla döyüşə girdi ki, nəinki bu pandemiya ilə mübarizə üçün adi beynəlxalq yardımlardan məhrum idi, həm də hətta xarici banklardakı öz sərvətlərinə belə əlçatanlıq imkanı yox idi.
İran İslam Respublikasının prezidenti sonra belə qeyd edib: Bu çətin və sərt fəsil;/ bu böyük yoluxma və bir neçə müxtəlif cəbhədə eyni zamanda vuruşma,/ İran xalqının tədbiri, səbir və müqavimətinə görə, İran tarixində iftixarla dolu parlaq bir fəslə çevrildi.
Ruhani sonra söyləyib: Bu gün İran xalqının düşmənləri etiraf ediblər ki, güc, təhdid və sanksiya dili ilə böyük İran xalqı ilə danışmaq olmaz. Buna görə, onlar üç il məğlubiyyətdən sonra bir daha İran xalqı ilə konstruktiv anlaşma yoluna geri dönməyə məcburdurlar.
İran İslam Respublikasının prezidenti deyib: Beynəlxalq siyasət meydanında dəyərli siyasi sərmayə toplamışıq ki, onun səmərəsi, BMT-də, Təhlkəsizlik Şurasında və Haaqa Məhməkəsindəki ardıcıl qələbələrimiz olub. Bu gün dünya ilə geniş, dərin və strateji əlaqəyə malikik. Düşmənlərimiz bizə qarşı mövqelərində təcrid olunmuş və acizdirlər.
Ruhani həmçinin İran xalqınn 1400-cu il prezident seçkilərində şövqlü iştirakını vurğulayaraq, deyib: Şövqlü və maksimum iştiraklı seçkilər, İran xalqının on beşinci günəş əsrinin birinci onilliyindəki arzularının reallaşması üzrə qəti önehtiyac və önşərt olacaq.