Mart 23, 2021 00:01 Asia/Baku
  • SEPAH üçün sualtı qayıqlarının konstruksiyası

İran İslam Respublikasının Müadfiə və Silahlı qüvvələrə dəstək nazirliyinin dəniz sənayesi təşkilatının sədri SEPAH üçün yarım ağır və yüngül sualtı qayıqlarının konstruksiya edilməsindən xəbər verdi.

SəhərAzəri–nin verdiyi xəbərə görə Müadfiə və Silahlı qüvvələrə dəstək nazirliyinin dəniz sənayesi təşkilatının sədri kontr-admiral Əmir Rəstqari İRNA-ya müsahibədə bu sualtı qayıqlarının cari ildən başlanacağının elan etməklə dedi:Bugünə qədər İran İslam Respublikası ordusunun stratejik dəniz qoşunları ölkə daxilində istehsal edilən yüngül və yarımağır sualtı qayıqlarını və xaricdə istehsal olunan ağır sualtı qayıqlarını istifadə edirdi və edir də. Ancaq qərara görə bu ildən SEPAH-in dəniz qoşunlarına yüngül və yarım-ağır sualtı qayıqlarının istehsalı başlanacaq və bu qüvvə bir neçə il ərzində sualtı qayıqlarına sahib olacaqdır.

Admiral Rəstqari “Müdafiə nazirliyi müqavimət iqtisadiyyatının simvoludur” deyə əlavə etdi:Bugün sadəcə dəniz sənayesi təşkilatı deyil bəlkə müdafiə nazirliyinin bütün təşkilatları istehsal gedişinin layihələşdirilməsindən kostruksiyasına qədər heç xarici elementdən istifadə etmir.

 

Teqlər