Mart 25, 2021 14:21 Asia/Baku
  • İran Əfqanıstanda Kəmal Xan su bəndinin istifadəyə verilməsi barədə açıqlama verib

İran Xarici işlər nazirliyinin spikeri, Əfqanıstanda Kəmal Xan su bəndinin açılmasıyla əlaqədar şərhdə, Hilmend Çayının İranın su haqqlarının tamamilə təyin olunduğu qanuni bir rejimə sahib olduğunu vurğuladı.

SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə,  dünən Əfqanıstanda "Kəmal Xan" anbarının açılmasıyla əlaqədar olaraq bunları söylədi: "İki ölkə arasında 1972də imzalanan razılaşmağa görə İranın su haqqları tamamilə təyin olunmuş və Əfqan hökuməti də eyni su haqqlarını təəhhüd etmişdir.''

İranlı səlahiyyətli, "Hamunların su, təbiət və həyatın qorunması haqqı, İran və Əfqanıstanın uzun müddətdir müzakirə etdiyi ayrı bir mövzudur və su haqqlarının təmin edilməsinin əhəmiyyəti və lazımlılığı Əfqanıstan hökuməti tərəfindən də qiymətləndirilməkdədir." dedi.

Xətibzadə, şərhində ayrıca belə dedi: ''İran, Əfqanıstan Respublika başçısı Məhəmməd Aşrəf Qəninin suyu iki ölkə arasında bir əməkdaşlıq məsələsinə çevirməsi istiqamətindəki sözlərini məmnuniyyətlə qarşıladı.''

Əfqanıstanın cənub-qərbindəki Nimruz əyalətinin mərkəzi Zaranj şəhərinin 18 kilometr cənubundakı Hilmand Çayı üzərindəki Kəmal Xan Anbarı, dünən Əfqanıstan Respublika başçısı Məhəmməd Aşrəf Qəninin hüzurunda açıldı.

 

Teqlər