Vaezi: Qarşı tərəf nüvə razılaşmanın öhdəçiliklərini yerinə yetirsə İran da yerinə yetirər
İran Prezidentlik Ofisi başçısı Mahmud Vaezi, Nüvə Razılaşmada qarşı tərəfin öhdəçiliklərini yerinə yetirməsi halında İranın da öhdəçiliklərini yerinə yetirəcəyini vurğuladı.
SəhərAzəri xəbər verir ki,İran Prezidentlik ofisi başçısı Mahmud Vaezi dünən etdiyi şərhdə, "Nüvə Razılaşmadakı digər tərəflərin təəhhüdlərini yerinə yetirmələri halında İranın da öhdəçiliklərini yerinə yetirməyə hazır olduğunu'' söylədi.
Vaezi, "İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əlaqələri keçmişdə olan əməkdaşlığın gələcəkdə də olacağını'' söylədi.
Vaezi, Beynəlxalq Atom Enerjisi Agentliyi Ümumi Müdiri Rafael Qrossinin Nüvə Razılaşma pəncərəsinin bağlanılmasına bağlı şərhinə də toxunaraq, "Bu mövqe AEBA-ni xitab etmir, əksinə nüvə razılaşmanın digər ölkələridir'' dedi.
Beynəlxalq Atom Enerjisi Agentliyi ümumi müdiri, həftəlik Amerikan Newsweek jurnalına verdiyi reportajda, bir dəfə daha Nüvə Razılaşma üzvlərini, bu razılaşmağı davam etdirmək üçün İran ilə bir razılaşmağa çatmaq üçün üç aylıq fürsəti istifadə etməyə çağırmışdı.
Qrossi, Nüvə Razılaşma üzvlərini mümkün olan ən qısa müddətdə razılaşmağı qoruma fürsətini qiymətləndirməyə çağırdı.
İran, AEBA müfəttişlərinin Fevral 2021dən bu yana nüvə təsislərinə ziyarətlərini məhdudlaşdırdı