İranın nano məhsulları 49 ölkəyə ixrac edilir
https://azeri.sahartv.ir/news/İran-i374950-İranın_nano_məhsulları_49_ölkəyə_ixrac_edilir
İranın nano məhsulları 49 ölkəyə ixrac edilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2021 09:40 Asia/Baku
  • İranın nano məhsulları 49 ölkəyə ixrac edilir

İranın nano məhsulları 49 ölkəyə ixrac edilir.

SəhərAzəri xəbər verir ki, İran prezident administrasiyasının elm və texnologiya müavinliyinin nano texnologiyasının inkişafı qərargahının katibi deyib ki, İranın nano məhsulları indiyədək dünyanın beş qitəsindən olan 49 ölkəyə ixrac edilib.

Səid Sərkar bu sahə üzrə İran məhsulları bazarının illik həcminin ikiqat artmasına işarə edərək, söyləyib: Hazırda daxili texnologiyalara istinadla ondan çox sənaye sahəsində 725 nano məhsulu istehsal edilərək, bazara göndərilir.

Səid Sərkar son illərdə nano məhsullarının ixracatı üzrə proqramların inkişaf etdirilməsi və Asiya ölkələrində nano ixracatı mərkəzlərinin yaradılmasına işarə edərək, deyib: Çin, Hindistan, İndoneziya, Suriya, Türkiyə və İraq İranın nano texnologiyası xidmətləri, təchizatlarını qəbul ediblər.

Nano elmi yaradıcılığı sahəsində iranlı tədqiqatçılar 2020-ci ildə Elmi İnformasiya İnstitutunda indekslənən mötəbər jurnallarda on iki mindən çox məqalə dərc etdirərək, dünyada nano biliyi sahəsində İran İslam Respublikasının dördüncü yerini təsbit etdilər.