Apr 02, 2021 15:58 Asia/Baku
  • İranın Astara sərhədindən ticarət mal ixracatı artıb

İranın şimalında yerləşən Gilan vilayətindəki Astara sərhəd terminalının direktoru 1399-cu günəş ilində, bu sərhəd terminalından Azərbaycan Respublikasına və digər ölkələrə ticarət malı ixracatının ondan qabaqkı ilin müfaviq dövrü ilə müqayisədə təqribən on səkkiz faiz artmasından xəbər verib.

SəhərAzəri xəbər verir ki, Astara sərhəd terminalının direktoru Mənsur Babayi bu gün deyib ki, ən çox ixracat malı, meyvə-tərəvəz olubdur.

Babayi sonra deyib: Astara sərhədindən İrana 48 min 292 ədəd yük maşını daxil olub, 49 min 593 ədəd yük maşını isə bu sərhəddən çıxıbdır. Hər gün Astara sərhədindən orta hesabla 268 ədəd yük maşını keçib gedir.

Astara rayonu İranın Gilan vilayətinin şimal-qərbində və Azərbaycan Respublikasının sərhəd zolağında yerləşərək, quru, dəniz və hava sərhədlərinə malikdir.

Teqlər