Apr 02, 2021 20:55 Asia/Baku
  • Zərif: İran ilə ABŞ səlahiyyətliləri görüşməyəcək

İran Xarici işlər Naziri Məhəmməd Cevad Zərif, İran və ABŞ-lı səlahiyyətlilər arasında hər hansı bir görüşməyə gərək olmadığını qeyd etdi.

Səhər Azərinin xəbərinə görə Zərif bu gün twitter hesabı üzərindən etdiyi şərhdə, Tahran və nüvə razılaşmada qalan üzvlərin Viyanada üz-üzə müzakirəsinin reallaşmasını qərarlaşdırdıqlarına işarə ilə, Nüvə Razılaşması Ortaq Komissiyasının virtual yığıncağında, İran, ABŞ, 3 Avropalı ölkə və Çin ilə Rusiyanın gələcək həftə çərşənbə axşamı günü Viyanada müzakirələrin üz-üzə reallaşmasını qəbul etdiklərini ifadə etdi.

Zərif, məqsədin,  bütün sanksiyaların qaldırılması və ardından İran tərəfindən kompensasiya edici tədbirlərin təxirə salınması xəritəsinin hazırlanması surəti ilə sanksiyaların qaldırılması və nüvə cəhdlərin dərhal sonlaşdırılması olduğunu vurğuladı.

Zərif Wall Street Journal qəzetinin ABŞ-ın çərşənbə axşamı günü nüvə anlaşması  ortaq komissiyası yığıncağına qatıldığına dair maraqlı iddiasıyla əlaqədar olaraq, İran ilə ABŞ arasında heç bir müzakirə olmayacağını və buna gərək olmadığını qeyd etdi.

 

Teqlər