Zərif: İran Özbəkistan üçün tranzit yolu ola bilər
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, İran İslam Respublikasının Özbəkistanın beynəlxalq bazarlara açılmaq üzrə tranzit yolu ola biləcəyini vurğuladı.
SəhərAzəri xəbər verir ki,bazar ertəsi günü Özbəkistanın paytaxtı daşkəndə Özbək həmkarı Əbdüləziz Kamilovla görüşdükdən sonra müsahibə verən Xarici işlər Naziri Zərif, Özbək nazir Kamilovla qarşılıqılı siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmə yollarını müzakirə etdiklərini, ayrıca başda Əfqanıstanda sülh məsələsi olmaq regional məsələlərinin araşdırıldığını ifadə etdi.
İki ölkə arasında əməkdaşlığın inkişafını istəyən Xarici işlər Naziri Zərif, İran və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlıq sahələrinin mövcud olmasını qeud edərək, iki ölkə arasındakı dərin ortaq tarixin iki millətin dostluğunu daha da stimul verəcəyinin qeyd etdi.
Xarici işlər Naziri Məhəmməd Cavad Zərif Bazar ertəsi günü Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan səlahiyyətliləri ilə görüşüb-danışmaq üçün Orta Asiya bölgəsinə dövrü səfərinə başladı.