Zərif Özbəkistan səfərini şərh edib
İran İslam Respublikasının xarici işlər naziri bazar ertəsi günü Tvitter-də bir paylaşım edərək, İranla Özbəkistanın qədim əlaqələrinə toxunub və bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşlərini səmərəli dəyərləndirib.
SəhərAzəri xəbər veriri ki, Tvitterdə Özbəkistan prezidenti Şavkat Mirziyoyev və xarici işlər naziri Əbdüləziz Kamilovla görüşdən məmnunluq ifadə edib və yazıb: ""İkitərəfli və regional əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə minillik münasibətlərimizi inkişaf etdirmə yolları barədə səmərəli müzakirələr apardıq".
Zərif regional səfərinin növbəti istiqamətlərinin Qırğızıstan, Qazaxıstan və Türkmənistanın olduğunu bildirib.
Özbəkistan rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün Daşkəndə səfər edən Məhəmməd Cavad Zərif, bazar ertəsi günü prezident Şavkat Mirziyoyev və Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovla görüşərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib və fikir mübadiləsi aparıb.
İranın xarici işlər naziri Özbəkistan prezidenti ilə görüşündə iki ölkənin müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdəki əməkdaşlıqlarınıpn son inkişaflarını şərh edərək, İranın Özbəkistan Respublikası ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
Mirziyoyev də bu görüşdə iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini və əməkdaşlıqların genişləndirilməsi vacibliyini vurğulayaraq, İran-Özbəkistan Birgə İqtisadi Komissiyanın on dördüncü iclasının ən tez bir zamanda keçirilməsinə təkid edib.