SəhərAzəri xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının bütün üzvlərinin konstruktiv dialoq aparmaq və bu vacib beynəlxalq razılaşmanı qorumaq üçün diplomatiyadan istifadə etməklə göstərdikləri fəal səyləri alqışlayırıq”, - deyə Düjarrik qeyd edib.
Qeyd edək ki, aprelin 2-də İranın Nüvə Proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planına qatılan ölkələr virtual görüş keçirib. AB xarici siyasət xidmətinin məlumatına görə, onlar ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış perspektivinə və nüvə anlaşmasını qorumaq öhdəliklərinə müsbət təsir etməyə hazır olduqlarını bir daha bəyan ediblər.
Nüvə sazişi üzrə komissiyanın növbəti iclası bu gün (6 aprel) Vyanada keçiriləcək.