Apr 06, 2021 16:36 Asia/Baku
  • Zərif Qırğızıstan prezidenti iloə görüşüb

İranın xarici işlər naziri Qırğızıstan prezidenti ilə görüşüb və ikitərəfli münasibətlərin genişləndirilməsi haqda fikir mübadiləsi aparıb.

SəhərAzəri xəbər verir ki, Qırğızıstan rəsmiləri ilə görüşmək məqsədi ilə Bişkekdə rəsmi səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün bu ölkənin prezidenti Sadır Japarovla görüşüb və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Zərif bu görüşdə Japarovu Qırğızıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensiallara toxunub və  ona ikitərəfli münasibətlərə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

İran xarici İşlər naziri iki ölkə arasındakı mədəni və sivilizasiya ortaqlıqlarına toxunaraq, qırğız xalqının rifahı, təhlükəsizliyi və dincliyinin İran üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Qırğızıstan prezidenti də bu görüşdə, İran ilə əməkdaşlığın inkişaf etdirilməsinin vicibliyini vurğulayaraq, siyasi əlaqələrin mövcudluğunu və davam etdirilməsini, hər iki tərəfin əməkdaşlıq səviyyəsini yüksəltməkdə maraqlı olduğunun göstəricisi kimi dəyərləndirib.

Japarov, İranla Qırğızıstanın parlamentləri arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, xüsusilə kənd təsərrüfatı, əczaçılıq və inşaat sektorunda iqtisadi əməkdaşlıq üçün yüksək potensialın olduğunu qeyd edib.

Qırğızıstan prezidenti, İran İslam Respublikasının koronavirusa qarşı mübarizədə göstərdiyi humanitar yardımlarını da yüksək qiymətləndirib.

Zərif Orta Asiyaya regional səfərinin davamında Bişkekə daxil olub və  daha sonra Türkmənistana yola düşəcək.

Teqlər