Qırğızıstanın qapıları iranlı investorların üzünə açıqdır
Qırğızıstan prezidenti İranla ikitərəfli həmkarlıqların artırılmasını rəğbətlə qarşılayaraq, ölkəsinin qapılarını iranlı investorların üzünə daima açıq elan edib.
SəhərAzəri xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Cabbarov, Mərkəzi Asiyaya dövri səfərdə Bişkekə gedən İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə İran İslam Respublikası ilə ticari-iqtisadi əlaqələrin o cümlədən sərmayə yatırımı sahəsində gücləndirilməsinə təkid edib.
Ən fəal ikitərəfli əməkdaşlıq sahəsi kimi humanitar və mədəni həmkarlıqlar mövzusuna toxunan Cabbarov Oş şəhərində bir idman kompleksinin inşasının kreditini təmin etdiyinə və koronavirus pandemiyası zamanı humanitar yardımlar göstərdiyinə görə, İran dövlətinə təşəkkür və minnətdarlıq edib.
Məhəmməd Cavad Zərif də bu görüşün sonunda İran prezidenti tərəfindən Cabbarovu Tehrana səfərə dəvət edib.