Apr 08, 2021 22:26 Asia/Baku
  • Prezident  Ruhani: Multilateralizmin güclənməsi İranın xarici siyasətində əhəmiyyətli prioritetlərdəndir

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, D-8 Liderlər Zirvəsində etdiyi çıxışda, multilateralsmin güclənməsini İranın xarici siyasətində əhəmiyyətli prioritetlərdən biri bidirdi.

SəhərAzəri xəbər verir ki,İran İslam Respublikasının prezidenti  Həsən Ruhani, bu gün video konfrans vasitəsilə təşkil edilən D-8 Liderlər Zirvəsində etdiyi çıxışda, multilateralsmin güclənməsinin İranın xarici siyasətində əhəmiyyətli prioritetlərdən olduğunu qeyd edərək, D-8 üzvlərinin koronavirus epidemiyası dövrü sonrasında əhəmiyyətli seçimlər ilə qarşı-qarşıya qalacağını vurğuladı.

ABŞ-ın İran millətini diz çökdürmək üçün unilateralist və qeyri-qanuni cəhdlərinin nəticəsiz qaldığına diqqət çəkən prezident Ruhani, ağır iqtisadi təzyiqlərə baxmayaraq yerli güc və iradə ilə diqqətə layiq və böyük müvəffəqiyyətlərə imza atdıqlarının dedi.

İİR prezidenti  ayrıca D-8 üzvləri arasında ticarətin inkişaf etdirilməsi və asanlaşdırılmasının vurğuladı.

Koronavirus ilə yanaşı, unilateralizm  və iqtisadi terrorizmin beynəlxalq ictimaiyyətin üzünü qara edən mövzular olduğuna işarə edən dövlət başçısı Ruhani sözlərinin davamında, İslam dünyasının mütəşəkkil İslamofobiya cəhdlərinin hədəfi olmasını, bunun Uca İslam Dininin böyük dəyərləri və qürurlarını hədəfə almaqla qalmayıb, İslam ölkələrinin iqtisadiyyatı və inkişafı üzərində mənfi təsir yaratdığını vurğuladı.

 

D-8 Liderlər Zirvəsinin 10.turu bu gün təşkilatın dövr başçısı Bangladeşin ev sahibliyində İran və Türkiyə respublika başçıları başda olmaq üzrə üzv ölkələrin liderlərinin iştirakı ilə təşkil edildi.

 

 

 

Teqlər