Apr 08, 2021 22:32 Asia/Baku
  • İran Xarici işlər Naziri Türkmənistan prezidenti  və Xarici işlər Naziri ilə görüşdü

İran Xarici işlər Naziri Məhəmməd Cevad Zərif, Orta Asiyaya səfərinin davamında bu gün Aşqabadda Türkmənistan prezidenti Berdi Məhəmmədov və Xarici işlər Naziri ilə ayrı-ayrı görüşdü.

SəhərAzəri xəbər verir ki,İran Xarici işlər Naziri Məhəmməd Cevad Zərif, Qazaxıstan görüşlərinin ardından Orta Asiya dövrünün son dayanacağı olan Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdi Məhəmmədov ilə görüşdü.

Zərif bu görüşdə, iki ölkə arasındakı müxtəlif  siyasi, iqtisadi və mədəni sektorlardakı əlaqələrin miqyasını açıqlayaraq Tehran-Aşqabadəlaqələrinin əhəmiyyətini vurğuladı.

Türkmənistan prezidenti Qurbanqulu Berdi Məhəmmədov  da iki ölkənin ayrı-ayrı siyasi, iqtisadi və mədəni sahələrdəki əlaqələrini dəstəklərkən ölkəsinin Tehran-Aşqaba əməkdaşlığını inkişaf etdirməkdə qərarlığını elan etdi.

 

İran Xarici işlər Naziri Aşqabadda Türkmən əməkdaşı Rəşid Merdov ilə də bir araya gəldi. Görüşdə qarşılıqlı əlaqələrdəki son inkişaflar, regional mövzuları və iki ölkənin əməkdaşlıqları müzakirə olundu.

İran Xarici işlər Naziri Zərif, iki ölkənin siyasi, iqtisadi və mədəni sahələrdəki münasibətlərini müsbət xarakterizə edərək, iki ölkənin Xəzər Dənizi daxil ekoloji sahələrdə də əməkdaşlığının gücləndirilməsini vurğuladı.

Zərif ayrıca, iki ölkənin İslam Əməkdaşlıq Təşkilatı nezdindəki əməkdaşlıq, ECO çərçivəsində əməkdaşlıq və Xəzər Dənizində mülki fəaliyyətlər haqqında fikir mübadilə etdi.

İki nazir ayrıca, Əfqanıstanda barış məsələsini də müzakirə və onunun əhəmiyyətini vurğuladılar.

 

 

Teqlər