Sanksiyaların tam ləğvindən öncə İranın nüvə tədbirləri dayanmayacaq
İran xarici işlər nazirinin siyasi müavini deyib: Amerika öz bütün sanksiyalarını ləğv etməyənə və nüvə anlaşmasına qayıtmayanadək İranın, xüsusən zənginləşdirmə sahəsindəki nüvə fəaliyyətlərindən heç biri nə dayanacaq, nə də ki, azalma prosesi keçəcəkdir.
SəhərAzəri xəbər verir ki, Seyyed Əbbas Əraqçi bildirib ki, 20 faizlik zənginləşdirmə sürətlə irəliləməkdədir.
O, deyib: Bu proses bir anlaşmanın əldə olunmasına və ona əsasən, Amerikanın bütün sanksiyaları götürməsinədək davam edəcək. Dəfələrlə qeyd olunduğu kimi, bir mərhələdə bütün sanksiyalar götürülməlidir.
Əraqçi sonra deyib: Amerikanların öz mövqelərini araşdıraraq, sanksiyaların tam şəkildə aradan qaldırılması səmtinə doğru hərəkət etməkdə olmaları barədə nişanələr görünüb.
Qeyd edək ki, İran və dörd üstəgəl bir qrupu heyətlərinin iştirakı ilə nüvə analşması üzrə birgə komissiyasının iclası bu gün Avstriyanın paytaxtı Vyanada başlanıb.