Ruhani mübarək Ramazan ayı münasibətilə İslam ölkələri başçılarını təbrik edib
İran İslam Respublikası prezidenti İslam ölkələri başçılarına ayrı-ayrılıqda müraciət ünvanlayaraq, onları mübarək Ramazan ayının gəlib çatması münasibətilə təbrik edib.
SəhərAzəri xəbər verir kia, Həsən Ruhaninin İslam ölkələri başçılarına ünvanladığı müraciətdə deyilir: "Ümid edirəm ki, bu nurani ayda İlahinin hədsiz bərəkəti və mərhəməti sayəsində dünya müsəlmanları öz sadiq alimlərinin bilik və inamına güvənərək, bir-birlərinin kənarında təhlükəli koronavirusun nəzarətə alınmasına töhfə verəcəklər və bu sahədə İslama və özlərinə yaxşı ad qazanıb, insanın normal həyata qayıtmasına yardımçı olacaqlar".
Ruhani əlavə edib: "Ümid edirəm ki, dünya müsəlmanları xüsusilə də İslam ölkələri başçıları bu nurani ayda daha çox birlik və həmrəyliklə bütün dünyada İslamın ucalığı və inkişafı üçün zəmin yaradacaqlar".