"Subrana" vaksini klinik sınaqların üçüncü mərhələsinə hazırdır
İran ərzaq və dərman təşkilatının sözçüsü «Subrana» peyvəndinin klinik sınaqların üçüncü mərhələsinə hazır olduğunu bəyan edib.
SəhərAzəri xəbər verir ki, Kiyanuş Cəhanpour IRIB ilə müsahibədə bildirib ki, İranın Pastor İnstitutu tərəfindən düzəldilmiş «Subrana» peyvəndinin klinik sınaqlarının üçüncü mərhələsi İranın Səhiyyə Nazirliyinin «Tədqiqatda Etika Komitəsi»ndə təsdiq edilib.
Cəhanpour sonra deyib: Üçüncü mərhələnin/ koronavirusa qarşı bu test vaksininin sonuncu araşdırma etapı kimi uğur qazanacağı və nəticələrinin təsdiq olunacağı təqdirdə, vaksinə iri həcmdə istehsal və istehlak lisenziyası veriləcək.
İran ərzaq və dərman təşkilatı sözçüsünün dediyinə görə, bu vaksinin klinik sınaqlarının üçüncü mərhələsi əslində bir ay bundan öncədən Kubada başlanıb və həmin ölkədə 48 min nəfərdən çox insan bu vaksinin birinci dozasını vurdurubdur.
Cəhanpour deyib: «Subrana» vaksini texniki və texnoloji biliyin ötürülməsilə İranda istehsal ediləcək ilk koronavirus vaksini olacaq.