Apr 20, 2021 12:29 Asia/Baku
  • General Qaani: Müqavimət yolu davam edir

İslam İnqilabı Keşikçilər Korpusu SEPAH Qüds qüvvəsinin Komandiri General İsmayıl Qaani, sərdar Hicazının və müqavimət cəbhəsinin yolunun davam etdiyini vurğuladı.

SəhərAzəri xəbər verir ki,Çərşənbə axşamı günü İranın İsfahan şəhərində sərdar Seyyid Məhəmməd Hicazı üçün təşkil edilən cənazə mərasimində çıxış edən  Qüds qüvvəsini Komandiri General Qaani belə davam etdi:

Bu gün İrandan Livan, Suriya, Fələstin və Yemənə qədər uzanan müqavimət cəbhələrində iştirak edən müqavimət övladları, sionist rejimə qarşı əsaslı bir hədəfi var. Müqavimət yolu İmam Zaman -əc- hökumətinə qədər davam edəcək.

General Qaani belə əlavə etdi:

Bu yol, uca Allahın zəfər vəd etdiyi bir yoldur və bütün səlabət və müvəffəqiyyətləri ilə davam edəcək və ancaq İmam Zamanın -ac- universal hökuməti qurulunca sona çatacaq.

SEPAH-in Qüds qüvvəsi Komandiri General Qaani çıxışının davamında sərdar  Hicazının İslam inqilabının himayəçilərindən biri olduğunu və müqavimət cəbhəsini möhkəmləndirməkdə əhəmiyyətli rol ifa etdiyini qeyd edərək belə dedi:

Müqəddəs müdafiə illərində harada ehtiyac olsa nümunə və seçkin insanlar dərhal oraya qaçardı və sərdar Hicazı da onlardan biridi.

İslam İnqilabı Keşikçilər Korpusu Qüds qüvvəsinin İkinci Komandiri General Seyyid Məhəmməd Hüseyinzade Hicazı keçirdiyi infarkt nəticəsində dünyasını dəyişdi.

Sərdarın cənazə mərasimi bu səhər İsfahan şəhərində səhiyyə protokollarına uyğun gəlilərək təşkil edildi.

 

Teqlər