Apr 22, 2021 15:52 Asia/Baku
  • General Fəllahzadə: İslam düşmənlərinin yox olmaları yaxındır

İslam İnqilabı Keşikçiləri Korpusu Qüds qüvvəsini İkinci Komandiri General Məhəmməd Rza Fəllahzadə, İslam düşmənlərinin yox olması yaxın olduğunu, necə ki İslam İnqilabı Aliməqamlı Rəhbərinin bir neçə il əvvəl buyurduğu üzrə gələcəkdə yer üzündə sionist rejim adında bir rejim qalmayacağını vurğuladı.

SəhərAzəri xəbər verir ki,Qüds qüvvəsinin şəhid komandiri General Məhəmməd Hicazı üçün təşkil edilən anma mərasimində çıxış edən General Fəllahzadə belə dedi:Bu millətin düşmənləri, Amerika, sionist rejim və mütəffiqləri bizim tarix boyunca bütün məzlumların varisi olduğumuzu və məzlumiyetin doruğunda olmamıza baxmayaraq izzətlə onların qarşısına çıxacağımızı bilməlidirlər. Əgər bizi minlərlə dəfə param- parça etsələr belə, Quranı Kərim yolundan və Quranı Kərimin İslam müdafiə və kafirlərlə mübarizə tövsiyələrindən əl çəkmərik.

General Fəllahzadə çıxışının davamında bu gün sionist rejimin daxili  problemlərlə məşğul olduğunu, müqavimət qruplarinin bölgədə və yer üzünün hər yerində mübarizədən əl çəkməyəcəklərini vurğuladı.

General Fəllahzadə ayrıca bu gün şəhid Süleymanı və şəhid Hicazılərin qanı dünyanın azadə insanlarının damarında axdığını və imamımızın vəd etdiyi üzrə İslam dini küfr səngərlərini  fəth edərək İslam bayrağını dünya zirvələrində dalğalandıracağını ifadə etdi.

Qüds qüvvəsini  keçmiş İkinci Komandiri General Seyyid Məhəmməd Hicazı bir neçə gün əvvəl müqəddəs müdafiə illərində kimyəvi silahdan təsirlənmə üzündən şəhidlik mərtəbəsinə nail oldu.

 

Teqlər