İnqilab Keşikçiləri İslami İran ölkəsi və millətinin qürur qaynağıdır
https://azeri.sahartv.ir/news/İran-i376162-İnqilab_keşikçiləri_İslami_İran_ölkəsi_və_millətinin_qürur_qaynağıdır
Bu gün 2 Ordibehişt(22 aprel), İslam İnqilabı Keşikçiləri korpusunun (SEPAH) təsisinin ildönümüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2021 18:25 Asia/Baku
  • İnqilab Keşikçiləri İslami İran ölkəsi və millətinin qürur qaynağıdır

Bu gün 2 Ordibehişt(22 aprel), İslam İnqilabı Keşikçiləri korpusunun (SEPAH) təsisinin ildönümüdür.

SəhərAzəri xəbər verir ki, İranın Müdafiə Nazirinin canişininin Köməkçisi General Qasim Təqizadə etdiyi şərhdə, İnqilab Keşikçiləri korpusunun İslami İran ölkəsi və millətinin qürur qaynağı olduğunu qeyd etdi.

General Təqizadə etdiyi çıxışda, SEPAH-ın təsis günü münasibəti ilə İnqilab Keşikçiləri korpusunun Baş Komandiri General Hüseyn Səlamini təbrik edərək, son 40 ildə İslam İnqilabının qlobal imperializmin müxtəlif fitnə və təxribatı ilə qarşı-qarşıya qaldığını, bu qarşılaşmada əziz İnqilab Keşikçilərinin hər zaman zəfər qazandığını vurğuladı.

İran Ordusu Koordinatoru Admiral Həbibullah Səyyarı da İnqilab Keşikçilərinin təsisinin ildönümünü təbrik  etdiyi mesajında, bu gün 41 ilin ardından İnqilab Keşikçilərinin şərəfli şəhidlərin qanının bərəkəti və iddiasız iyidlərinin  təlaş və səyləri nəticəsində İnqilabın möhkəm və güclü “Şəcərəyi-Təyyibə” halına çevrildiyini ifadə etdi.