Apr 23, 2021 14:42 Asia/Baku
  • Sərhəd su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini AR-a tapşırılıb

Sərhəd su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycan Respublikasına tapşırılıb.

SəhərAzəri xəbər verir ki, İran və Azərbaycan Respublikası sərhəd qoşunları komandanları canişinlərinin iclasında iki tərəfin sərhəd Araz çayı üzərindəki müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycan Respublikasının sərhədçilərinə həvalə olunub.

Sərhəd Araz çayı üzərində salınmış Xudafərin və Qız Qalası su bəndlərinin təhlükəsizliyi işğal olunmuş Qarabağ ərazilərində yerləşdiyinə görə, 2004-cü ildən bəri İranın sərhəd qüvvələri tərəfindən təmin olunurdu.

İranın nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandan əvəzi ikinci dərəcəli briqada generalı pasdar Cəlal Setareh və Azərbaycan Respublikasının quru sərhədlərinin komandanı Araz Məmmədov dünən Xudafərin sərhəd rayonunda keçirilən görüşdə razlığa gəliblər k, Azərbaycan Respublikasının bu bölgədəki tam hakimiyyəti ilə/ müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini on yeddi ildən sonra azəri tərəfinə həvalə olunsun.

İranın nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandan əvəzi bu görüşdən sonra müxbirlər qarşısında deyib: Xudafərin və Qız Qalası su bəndlərinin şimal hissəsinin hüdudları illər boyu üçüncü ölkənin işğalında olub və bu gün Azərbaycan Respublikası bu bölgədə özünün tam hakimiyyətini əldə edibdir.

General Setareh sonra belə deyib: İki ölkə rəsmilərinin tədbirləri əsasında bu iki su bəndinin iki tərəfinin hüdudlarının təhlükəsizliyi, işğal zamanı, İran tərəfindən təmin olunurdu və İran İslam Respublikasının sərhəd qüvvələri su bəndlərinin şimal və cənub hissələrində iştirak edirdilər.

O, daha sonra söyləyib: Bu gün Azərbaycan Respublikasının bu rayondakı tam hakimiyyəti ilə/ müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini azəri tərəfinə həvalə olunur.

Bir tam onda altı milyard kubmetrlik tutuma malik olan Xudafərin su bəndi Təbrizin şimal-şərqindən 210 kilometr aralıda, sərhəd Araz çayı üzərində inşa olunub. İldə yetmiş meqavatdan çox elektrik enerjisi istehsal edən Qız Qalası su bəndi də köməkçi su bəndi kimi bir az aralıda, onun aşağı hissəsində tikilibdir.

Teqlər