Apr 23, 2021 21:02 Asia/Baku
  • ABŞ İranın raket və PUA texnologiyasının inkişafını etiraf edib

Qərbi Asiyada yerləşən ABŞ terror qüvvələrinin mərkəzi qərargahı- SENTKOM-un komandanı etiraf edib ki, İranın raket və PUA texnologiyası diqqətəlayiq irəliləyişə malik olubdur.

SəhərAzəri xəbər verir ki, Kennet Makkenzi eyni zamanda iddia edibdir ki, Tehranın ballistik raketlər sahəsindəki təhdidi nəzərəçarpacaq olaraq, kəmiyyət cəhətdən də inkişaf edibdir.

Bu yüksək rütbəli amerikalı komandanın İranın PUA qüdrətini etiraf etməsi bir daha göstərdi ki, Qərb medialarının Amerikanın sabiq prezidenti Donald Trampın dövründən maksimum təzyiq siyasətinin icrası nəticəsində İranın zəifləməsi barədəki geniş təbliğatlarına rəğmən, Tehran hərbi sahədə yerli mütəxəssislərə və daxili imkan və bacarıqlara söykənməklə böyük bir PUA qüvvəsi yarada bilib. Bu qüvvə Amerikanın Qərbi Asiya bölgəsindəki aviasiya üstünlüyünü problemlə üzləşdirməyə qadirdir.

Teqlər