Zərif İraq xalqı və dövlətinə başsağlığı verib
İranın xarici işlər naziri Bağdadda koronavirus xəstələri üçün ayrılmış xəstəxanada baş verən və 28 nəfərin həyatına son qoyan partlayışla əlaqədar İraq xalqı və dövlətinə başsağlığı verib
SəhərAzəri xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Twitter hesabında Bağdaddakı bir xəstəxanada baş verən partlayışla əlaqədar paylaşım edərək, yazıb: "Qardaş və dost İraq xalqına, dövlətinə və xəstələrin müalicə olunduğu İbnül-Xətib xəstəxanasında baş verən faciəli hadisədə həlak olanların ailələrinə başsağlığı verirəm".
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də Bağdaddakı İbn Əl-Xətib xəstəxanasında baş verən hadisə ilə əlaqədar İraq xalqına və hökumətinə başsağlığı verib və həyatını itirənlərin ailələrinə başsağlı verib və hadisə nəticəsində xəsarət alanlara təcili şifa dileyib.
İranın səhiyyə naziri Səid Nəməki də iraqlı həmkarı Həsən Təmimiyə müraciət ünvanlayaraq, İraq xalqı və dövlətinə başsağlığı verib.
Nəməki, Bağdadda yaşanan ağrılı hadisədə İraqın səhiyyə işçiləri və vətəndaşlarından bir neçəsinin öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndiklərini ifadə edib və hadisə qurbanlarının ailələri və yaxınlarının kədərini bölüşüb.
Qeyd edək ki, dünən axşam saatlarında Bağdadda koronavirusa yoluxanların müalicəsi üçün ayrılmış xəstəxanada yanğın baş verib. Hadisə nəticəsində 28 nəfər həyatını itirib.