Ruhani: General Süleymani ABŞ və sionistlərin hilələrini boşa çıxardı
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, şəhid General Hacı Qasim Süleymanini bölgədə Amerika və sionistlərin hilələrini boşa çıxaran və İranın regional xarici siyasətində ən yaxşı məsləhətçi olduğunu vurğuladı.
SəhərAzəri xəbər verir ki,Çərşənbə günü nazirlər kabineti iclasında indi bölgədə irtica, İsrail və Amerikalı radikalların qəzəb dövrü olduğunu ifadə edən Respublika başçısı Ruhani, bu zümrənin təxmin etdiyi yolun pozulduğunu, Trampın sionistlərə xidmətçilik edən Amerikanın tək başçısı olduğunu, hərçənd digər başçılar da sionistlərlə əməkdaşlıq etdiklərini, lakin heç bir Tramp kimi xidmətçilik etmədiyini vurğuladı.
Ruhani belə davam etdi:Trampı nüvə razılaşmasından çıxmağa təşviq edənlər sionistlər idi. İsrail paytaxtını Qüdsə daşımaq sionistlərin cinayəti idi. Bəzi beynəlxalq təşkilat və quruluşlardan Fələstini bəhanə edərək çəkilmək də sionistlərin qışqırtması və əmri üzərinə oldu. General Süleymaninin Şəhidliyi də sionistlərin işi idi. Trampın əzm etdirən qatil adam olduğu doğrudur, amma pərdə arxasında bölgə üçün həyatını ortaya qoyan böyük bir Generala sui-qəsd təşkil etdirmək sionistlərin işi idi.
Ruhani bu gün bölgədə irtica, sionistlər və Amerikalı radikallar İran millətinin müvəffəqiyyətlərindən qəzəbli olduqlarını ifadə edərək belə dedi:Onlar bu gün qəzəblidirlər, çünki dörd il boyunca qurduqları fitnələr boşa çıxmışdır. İndi 4+1 üzvlərinın və hətta Amerikanın da belə beynəlxalq qanunlara və İranın həqqaniyyətinə təslim olmaqdan başqa çarələri olmadığını anlamışdır.