Apr 28, 2021 13:09 Asia/Baku
  • Zərif: İŞİD-in məğlubiyyətini General Süleymaniyə borcluyuq

İran İslam Respublikası Xarici işlər Naziri Məhəmməd Cavad Zərif deyib: Əgər Əfqanıstan və İraqda barış təmin edildisə və əgər İŞİD terroru məğlubiyyətə uğradısa bunları hər şeydən çox General Süleymaninin dərayeti və cəsarətinə borcluyuq.

SəhərAzəri xəbər verir ki,İran İslam Respublikası Xarici işlər Naziri Zərif belə əlavə etdi: Bağdada dönüşündə bir dəfə daha qədim dostum şərəfli şəhid General Hacı Qasim Süleymani, şəhid Əbu Mehdi Mühəndis və silahdaşlarının şəhid olduqları məkanı ziyarət etdim və bir dəfə daha Trampın bu torpaqların cəsur iyidləri qarşısında acizliyini və çarəsizliyini görüb bu iyidlərlə qürur duydum.

Zərif belə davam etdi:Hacı Qasim Süleymani ilə iyirmi ildən çox dərin dostluq və əməkdaşlıq qürurunu yaşadım və aramızdakı iş və qəlbi bağlar onun Şəhidliyinə qədər əsla azalmadığı kimi davamlı dərinləşdi. Yalnız bu gün və böyük İran millətinin hüzurunda deyil, iyirmi ildən çox bir müddət içərisində, bağlı qapıların arxasında və ya açıqda şəhid Süleymaninın salabetini, insaniyyətini, barışseverliyini və şücaətini bütün dünyada harayladım və davamlı belə dedim: Əgər Əfqanıstan və İraqda barış təmin edildisə və əgər İŞİD terroru məğlubiyyətə uğradısa bunları hər şeydən çox General Süleymaninın dərayeti və cəsarətinə borcluyuq.

 

Teqlər