Apr 29, 2021 19:47 Asia/Baku
  • Zərif Küveytə gedib

İran Xarici işlər Naziri Məhəmməd Cavad Zərif, bölgəyə səfərinin davamında bu gün Omandan Küveytə daxil oldu.

SəhərAzəri xəbər verir ki,İran Xarici işlər nazirliyi sözçüsü  Səid Xətibzadə bu gün etdiyi çıxışda Zərifin bu gün Küveytə getdiyini bildirdi.

Zərif, Küveytli səlahiyyətlilərlə qarşılıqlı  əlaqələr və əhəmiyyətli regional mövzuları da müzakirə edir.

Zərif, Küveyt səfərindən  əvvəl, sırasıyla Qətər, İraq və Omana səfər etdi./

 

Teqlər