Apr 30, 2021 19:31 Asia/Baku
  • Sepah və ordu düşmənin Fars Körfəzindəki hər cür hərəkətini izləyirlər

Sepah və ordu düşmənin Fars Körfəzindəki hər cür hərəkətini izləyirlər.

SəhərAzəri xəbər verir ki, Sepah-ın dəniz qüvvələrinin komandanı deyib ki, İran İslam Respublikası Ordusunun və Sepah-ın qüvvələri qüdrətlə Fars Körfəzi sularına daxil olan gəmilərin və düşmənin hər hansı hərəkətini izləyir və onlara nəzarət edirlər.

Kontr-admiral pasdar Əlireza Təngsiri sonra deyib: Bu gün Fars Körfəzinə daxil olacaq hər bir gəmi Hörmüz boğazında, zolağa nəzarət qanununa istinadla izlənir və o, özünü təqdim etməyə məcburdur.

O, İranın geopolitik və strateji Fars Körfəzi və Məkran bölgəsindəki böyük rolu və önməminə əsasən, deyib: İran İslam Respublikasının bu bölgədəki iştirakı, təkcə hərbi sahədə deyil, həm də beynəlxalq və milli səviyyələrdə iqtisadi, siyasi və hətta mədəni sektorlar üzrə strateji iştirakdır.

Kontr-admiral pasdar Təngsiri daha sonra söyləyib: Dünyanın neft ehtiyatlarının 62 faizindən çoxu, təbii qaz mənbələrinin qırx faizi bu bölgədədir ki, bunlar da Fars Körfəzinin strateji rolu və önəmini ikiqat artırır.

Teqlər