"İranın qəti mövqeyi sanksiyalaraın tam ləğvidir"
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi bu dövlətin 4+1 qrupu ilə danışıqlarda qəti mövqeyinin ABŞ sanksiyalaranın tamamilə aradan qaldırılması olduğunu bildirib.
SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə Tehranda keçirdiyi mətbuat konfransında İranın qəti siyasətinin ABŞ-ın 2231 saylı qətnamə çərçivəsindəki öhdəliklərinə tam qayıtması olduğunu bəyan edərək, deyib: "Tələsmirik və yorucu bir oyuna da girməyəcəyik, ABŞ-ın nüvə anlaşmasına qayıtması birdəfəlik, qəti və yoxlanılmalı olmalıdır".
Xətibzadə İran və ABŞ-ın məhbus mübadiləsi barədə razılığa gəldikləri xəbəri barədə qeyd edib ki, məhbuslar məsələsi humanist bir məsələdir və bu mövzu nüvə anlaşması və onunla əlaqədar digər mövzularda olan bütün müzakirələr və kanalların xaricində izlənilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra Əfqanıstandakı inkişaflar və xarici hərbçilərin bu ölkədən çıxarılması barədə deyib: "Əfqanıstandakı inkişafları yaxından izləyirik və regional aktyorlarla məsləhətləşirik. Əfqanıstanda baş verənlərdən narahatıq və bu ölkədə sülh və sabitlik yaratmaq üçün əlimizdən gələni edəcəyik. Əfqanıstan hökuməti və digər qruplarla əlaqə saxlayırıq ".
Xətibzadə İran ilə Səudiyyə Ərəbistanı arasındakı danışıqlar və rəsmi əlaqələrin qurulması üçün ciddi addımların atılması haqda da deyib ki, İran həmişə bütün qonşuları, o cümlədən Ərəbistanla istənilən formatda və səviyyədə danışıqlara hazırdır.