May 06, 2021 14:31 Asia/Baku
  • İslami İranda üçüncü əhya gecəsi mərasimi keçirilib

Fəzilətlə dolu qədr gecələrindən üçüncü gecənin əhya mərasimi, koronavirusun yayılmasının qarşısını almaq istiqamətində səhiyyə protokollarının nəzərə alınması ilə, bütün İslami İranda keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İmamət və vilayət aşiqləri dünən gecə mübarək Ramazan ayının 23-cü gecəsində İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gəliblər. Obaşdan çağınadək «Əlqəus, Əlqəus» deyən möminlər Quran qiraət edib, «Cuşən Kəbir» duası oxuyaraq, böyük ilahi adları zümzümə ediblər.

Paklıq Əhli-Beyti(ə) məddahları da möminlər ağası Həzrət Əli(ə)-ın şəninə növhə və mərsiyələr oxuyublar.

Teqlər