Cavad Zərif: "İran Fələstinə dəstək verməyə davam edəcək"
https://azeri.sahartv.ir/news/İran-i376878-cavad_zərif_İran_fələstinə_dəstək_verməyə_davam_edəcək
İran İslam Respublikasının Xarici İşlər naziri HƏMAS hərəkatının siyasi bürosunun sədri ilə telefon danışığında bir daha Fələstin xalqını dəstəklədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2021 07:18 Asia/Baku
  • Cavad Zərif:

İran İslam Respublikasının Xarici İşlər naziri HƏMAS hərəkatının siyasi bürosunun sədri ilə telefon danışığında bir daha Fələstin xalqını dəstəklədiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif fələstinli lider İsmayıl Haniyyə ilə telefon danışığı reallaşdırıb.  

Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Məlumatda vurğulanır ki, telefon danışığı zamanı Fələstində son baş verən hadisələr müzakirə olunub.   Məhəmməd Cavad Zərif İranın bundan sonra da Fələstin xalqına hər mənada dəstək verməyə davam edəcəyini bəyan edib.