Ali Məqamlı Rəhbərin qərarı əsasında
İranda 2000-dən çox məhbus əfv edildi
May 12, 2021 23:38 Asia/Baku
Ayətullahül-üzma Xamenei Fitr bayramı münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.
SəhərAzəri "leader.ir"-ə istinadla xəbər verir ki, əfv olunanlar mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi qeyd olunan bayramla əlaqədar olaraq, İslam İnqilabının Böyük Rəhbərinə məktubla müraciət edib. Məktubda 2187 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.