Zərif Avropanın sionist rejimin cinayətlərinə dəstək verməsini qınayıb
https://azeri.sahartv.ir/news/İran-i377082-zərif_avropanın_sionist_rejimin_cinayətlərinə_dəstək_verməsini_qınayıb
İran xarici işlər naziri, Avropanın sionist rejimin Qəzzədəki cinayətlərinə dəstək verməsini qəbuledilməz adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2021 08:13 Asia/Baku
  • Zərif Avropanın sionist rejimin cinayətlərinə dəstək verməsini qınayıb

İran xarici işlər naziri, Avropanın sionist rejimin Qəzzədəki cinayətlərinə dəstək verməsini qəbuledilməz adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bir neçə Avropa ölkəsinə səfəri çərçivəsində Madriddən Romaya daxil olan Məhəmməd Cavad Zərif İRİB-in Romadakı müxbirinə verdiyi eksklüziv müsahibədə deyib: "Bu gün İslam Əməkdaşlıq Təşkilatının iclasında dediyim kimi, Avropa ölkələrinin hərəkətləri qətiyyən qəbuledilməzdir.

Zərif əlavə edib:" Əlbəttə, İslam dünyasında müsəlmanlar arasındakı daxili fikir ayrılıqları və bəzi İslam ölkələrinin İsrail rejimi ilə münasibətləri normallaşdırma siyasəti, bu rejimin cinayətlərini başqa bir formada təqdim etməsinə imkan yaradıb".