May 22, 2021 20:32 Asia/Baku

SEPAH-ın baş komandanı Fələstin müqavimət qruplarının komandirləri ilə baş tutan telefon danışığında, SEPAH-ın İsrail rejiminin çökənə qədər Fələstin xalqının yanında olacağını vurğulayıb, müqavimət liderləri də İran İslam Respublikasına qətiyyətli mövqeyi və Fələstin xalqına verdiyi dəstəklərə görə təşəkkür ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimlə 12 günlük müharibədə Fələstin müqavimətinin qələbə çalması fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı general-leytenant Səlami, Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə ilə baş tutan ayrı-ayrı telefon danışığı zamanı müqavimət şəhidlərinin, xüsusilə də şəhid Hacı Qasim Süleymaninin xatirəsini yad edərək və bu böyük qələbə münasibətilə Fələstinin dözümlü və izzətli xalqı, cəsur və qeyrətli mübarizlərini təbrik edərək, qəsbkar  İsrail rejiminin süqutu və çöküşünə qədər müqaviməti dəstəkləyəcəklərini və Fələstin xalqını yalnız buraxmayacaqlarını vurğulayıb. 

General-leytenant Səlami telefon söhbətində Fələstin müqavimətinin qələbəsini ilahi bir möcüzə və insan şərəfi və ləyaqətinin bərpaçısı kimi dəyərləndirib və deyib: "Qəsbkar İsrail rejiminin məğlubiyyəti təkcə sionistlərin məğlubiyyəti deyil, həm də ABŞ, İngiltərə və bu xərçəng vəzi ilə münasibətləri normallaşdırma prosesində bir-birlərini üstələyən mənfur rejimlərin məğlubiyyətidir". 

SEPAH-ın baş komandanı yeni, böyük, qlobal və üstün əlli bir Fələstinin meydana gəlməsini bu möhtəşəm hadisənin nəticəsi adlandırıb və qeyd edib ki, Fələstin müqavimətinin bu son qələbəsində hamı sionist rejimin tənəzzül, məğlubiyyət, məhv olma və çöküş astanasında olduğunu gördü.

O, son eposun qəsbkar sionistlərə dözümlü fələstinlilərin pənahsız olmadıqlarını, hətta qılınc sahibi olduqlarını və bu rejimin onlara hücum etməməli olduğunu anlatdığını bəyan edərək, müqavimətin gücünün artırılması və qəsbkar İsrail rejiminin çöküşü və Qüdsi-Şərifin azadlığına qədər Fələstin xalqının yanında olmağın vacibliyini vurğulayıb.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə də İran İslam Respublikasına qətiyyətli mövqeyi və Fələstin xalqına verdiyi dəstəklərə görə, təşəkkür edib.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri, Fələstinin zəfərini müsəlman ümmətinin zəfəri və müsbət inkişafların başlanğıcı kimi xarakterizə edərək deyib: "Şübhəsiz ki, sionist rejimin vəziyyəti heç vaxt keçmişdəki kimi olmayacaq, hətta əgər  bütün müttəfiqləri onlara kömək etsələr və dəstək versələr".

İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə də SEPAH-ın baş komandanı ilə bu telefon danışığında Fələstin xalqının həmişə bu qələbənin reallaşacağına inandığını və bu yolda qətiyyətli olduğunu vurğulayaraq, deyib: İran İslam Respublikası bütün sahələrdə bizim yanımızda olub və bu böyük qələbədə bizi təsdiqləyibdir".

İslami Cihad Hərəkatının baş katibi, İslam İnqilabının Böyük Rəhbərinin dəstəyini yüksək qiymətləndirərək, Qüdsi-Şərif və müqavimət şəhidlərinin xatirəsini yad edib və deyib: "Bu böyük qələbədə göstərilən səyləri, xüsusən hər zaman bizim yanımızda olan şəhid Hacı Qasim Süleymaninin mübarizələrini xatırlamalıyıq, bu qələbəni dəstəkləyən və onu təsbit etmək üçün əllərindən gələni edən qardaşlarımızı".

Teqlər