May 24, 2021 10:29 Asia/Baku
  • İranda Müqavimət və Qələbə Günü qeyd olunur

İranda Xürrəmşəhrin İraq Bəəs rejiminin işğalından azad edilməsinin ildönümü qeyd olunur.

SəhərAzəri-nin məlumatına əsasən, 39 il bundan əvvəl 1982-ci ildə 3 xordadda - mayın 24-də İran İslam Respublikasının cənub-qərbində Xürrəmşəhr düşmənin tapdağından azad olunmuşdur.

İran təqvimində bu gün Müqavimət, Fədakarlıq və Qələbə Günü adlandırılır.

Müqəddəs Müdafiənin fəxrli illərində böyük günlər qeydə alınmışdır. Belə ki, zehnlərdə onun əhəmiyyəti həmişə qalacaqdır. 

Xürrəmşəhrin azad olunması qəhrəmanlığı bütün cəhətlərdən, həm hərbi qəhrəmanlıq, həm də mədəni baxımdan İran İslam İnqilabı tarixində önəmli dönüş nöqtəsidir. Və İran xalqının imperializmə qarşı ruhiyyəsi bu gün daha güclü və daha möhkəm olmuş və daha da zirvələrə yüksəlmişdir.

3 xordad təkcə Xürrəmşəhrin azad olunması deyil, təcavüzkar qüvvələr qarşısında bu şəhərin müdafiəçilərinin alqışalayiq fədakarlığı və müqavimətini də xatırladır.

Teqlər