İyun 02, 2021 22:36 Asia/Baku
  • Rəhmani Fəzli:

İranın daxili işlər naziri, Tacikistanın daxili işlər naziri ilə Tehranda keçirilən görüşündə iki ölkənin dövləti və xalqının iradəsinin əməkdaşlıqları genişləndirmək olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın daxili işlər naziri Əbdulrza Rəhmani Fəzli Tacikistanın daxili işlər naziri Ramazan Rəhimzadə ilə birgə iclasın çərçivəsində hər iki ölkənin səylərinin müxtəlif səviyyələrdə inteqrasiya və əməkdaşlıq potensialının gücləndirilməsinə yönəldiyini söyləyib.

İranin daxili işlər naziri, həmçinin iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün mövcud potensiallara toxunaraq, deyib: "İki ölkə arasında yaxşı bir təhlükəsizlik memorandumu imzalanıb və bu istiqamətdə İran və Tacikistan polisi arasında narkotik maddələr və mütəşəkkil cinayətkarlıqla mübarizə, təhsil, müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlıq üçün iş aparılacaq". 

Tacikistanın daxili işlər naziri Ramazan Rəhimzadə də bu görüşdə deyib: "İranla Tacikistan arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün bütün mövcud yolları və variantları nəzərdən keçiririk."

Teqlər