Tehran neftayırma zavodu bu gün fəaliyyətini bərpa edir
https://azeri.sahartv.ir/news/İran-i377653-tehran_neftayırma_zavodu_bu_gün_fəaliyyətini_bərpa_edir
Tehran neftayırma zavodundakı yanğın hadisəsinə işarə edən İranın neft naziri deyib ki, zavod bu gün, cümə axşamı günündən öz istehsalını bərpa edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2021 11:11 Asia/Baku
  • Tehran neftayırma zavodu bu gün fəaliyyətini bərpa edir

Tehran neftayırma zavodundakı yanğın hadisəsinə işarə edən İranın neft naziri deyib ki, zavod bu gün, cümə axşamı günündən öz istehsalını bərpa edir.

SəhərAzəri-nin məlumatına əsasən,Bijən Namdar Zəngəne çərşənbə günü axşamçağı Tehran neftayırma zavodunda baş vermiş yanğın məkanında olduqdan sonra deyib ki, hadisə, istehsal prosesində rolu olmayan iki anbarda sızma ilə bağlı olub.

Dünən axşamçağı Tehran neftayırma zavodundakı neft tullantıları anbarlarından birindəki sızmaya görə, geniş yanğın hadisəsi baş verdi. Yanğınsöndürmə və yardım qrupları yanğını söndürmək məqsədilə sürətlə hərəkətə keçdilər.

Bu hadisədə insan tələfatı olmayıb və yanğın söndürülübdür.