Bayden hökuməti Trampın yolunu gedir
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Amerika maliyyə nazirliyi cümə axşamı günü Sepah-ın Qüds qüvvələri ilə əlaqədə olmaq bəhanəsilə Yəmən, Suriya və bir neçə digər ölkədən olan bir neçə şəxs və orqanı sanksiya edib.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika maliyyə nazirliyi bu şəxs və orqanları İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələri və Yəmənin Ənsarullah hərəkatının maliyyə təminində rol oynamaqda ittiham edib.
Nazirlik iddia edibdir ki, qeyd olunan şəxs və orqanlar Səid Əl-Cəmal adlı bir şəxsin müdiriyyəti altında İran yanacağı da daxil olmaqla müxtəlif ticarət mallarının satışından əldə olunan on milyonlarla dollar gəliri İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri və Yəmənin Ənsarullah hərəkatına çatdırıblar.
Amerika indiyədək dəfələrlə iranlı və xarici şəxs və şirkətləri müxtəlif bəhanələr, o sıradan İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə olmaq bəhanələri ilə sanksiya edibdir.
Sepah Amerikanın və sionist rejimin himayə etdikləri regiondakı terrorçularla mübarizədə əsas rol oynayır.