İranlı idmançının yeni rekordu
İyun 13, 2021 23:22 Asia/Baku
İranlı yüngül atlet Türkiyədə keçirilən yüngül atletika üzrə beynəlxalq yarışlarda birinci yeri tutaraq, bu idman növü üzrə rekordu da təzələyibdir.
SəhərAzəri-nin məlumatına əsasən, Səccad Haşemi 400 metr məsafəyə qaçışda 45 tam yüzdə 40 saniyə ilə, yarışların qızıl medalını qazanaraq, bu qaçış növündə milli rekordu yüksəltməyə müvəffəq olub.
Bundan öncə 400 metr məsafəyə qaçış üzrə mili rekord, 45 tam yüzdə 64 saniyə göstərici ilə digər iranlı yüngül atlet Əli Xədivərə aid idi.