İran prezidenti 18 iyun seçkilərinin əhəmiyyətindən danışdı
"Seçkilərdə iştirakla düşmənin istəklərinin reallaşmasına imkan verilməyəcək"
İyun 17, 2021 14:35 Asia/Baku
İran İslam Respublikasının prezidenti Həsən Ruhani sabah ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı çıxış edib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın hökumət başçısı deyib ki, İran xalqı seçkilərdə iştirak etməklə düşmənin istəklərinin reallaşmasına imkan verməyəcək.
Onun sözlərinə görə, sabah çox vacıb bir gündür. Düşmənlər passiv bir seçki gözləyirlər, lakin xalq, seçki məntəqələrindəki fəal iştirakı ilə düşmənin istəklərinin reallaşmasına imkan verməyəcək.
Həmçinin Ruhani onu da vurğulayıb ki, əhalinin aşağı təbəqələrindən olan vətəndaşların dövlət məmurlarının seçimində iştirak etməsi çox vacibdir və hamı sabah vəzifəsini yerinə yetirməli və səsvermədə iştirak etməlidir.