İyun 17, 2021 14:47 Asia/Baku
  • İran xalqı sabah 8-ci prezidentini seçəcək

İyunun 18-də İran İslam Respublikasında 13-cü dəfə üçün prezident seçkisi keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün ölkə üzrə sükut günüdür.

Bildirilir ki, COVID-19 səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçiriləcək.

Səsvermə saat 07.00-da başlayacaq 00.00-da başa çatacaq. Əgər ehtiyac olarsa, Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış Seçki Qərargahı səsverməni iyunun 19-da saat 02.00-a qədər uzaa bilər.

Məlumata görə, İranda 59 milyon seçici var. Bu il 1 milyon 400 min nəfər ilk dəfə səsvermədə iştirak edəcək.

Rəsmi olmayan məlumata əsasən, 3,5 milyon seçici ölkə xaricində səs verəcək.

Bildirilib ki, prezidentliyə namizədlərin sayı 4-ə enib. Möhsün Mehrəlizadə, Əlirza Zakani və Səid Cəlili namizədliklərini geri götürüb.

İranın 8-ci prezidenti olmağa namizədlər bunlardır: Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi, Mərkəzi Bankın keçmiş direktoru Əbdünnasir Himməti.

Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir.

Teqlər